QUBA (KÖRFƏZ)

geomorfologiyada dəniz və göllərdə qurunun dərinliyinə girən kiçik körfəz və ya buxta. Adətən Q. iri çay tökülür. Layların mənsəbini və buzlaq dərələrini subasması nəticəsində əmələ gəlir.Bu ad Rusiyanın şimalında yayılmışdır (məs: Oneqa qubası, Ob qubası və s.). Bax: Estuari. губа inlet
QŞNİTS MƏRHƏLƏ
QUL
OBASTAN VİKİ
Quba (körfəz)
Quba (rus. Губа "dodaq") — termini əsasən Rusiyanın ərazisində yerləşən buxta və körfəzlərin bir qismində işlədilir. Bu tip körfəzlərə əsasən iri çaylar tökülür. Faktiki olaraq yalnız Rusiya ərazisindən başqa ərazilərdə işlədilmir. Məsələn: rus. Невская губа Nevski körfəzi, rus. Обская губа Ob estuarisi.
Körfəz
Körfəz — okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Sakit okeanda – Alyaska, Kaliforniya, Atlantik okeanında — Qvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riqa, Botnik, Fandi, Hind okeanında – Benqal, Böyük Avstraliya, Iran, Ədən, Oman, Şimal Buzlu okeanında – Hudzon, Ob. Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırmışlar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.
Buxta (körfəz)
Buxta (alm. Bucht‎) — dəniz, körfəz, göl, su anbarı kimi coğrafi obyektlərdə, külək və dalğalardan ada, sahil və ya qayalıqlarla qorunan su sahəsinə deyilir. Alman dilində buxta (alm. Bucht‎) sözü geniş mənada işlənir. Bəzən körfəz (Hudzon körfəzi — alm. Hudson-Bucht‎), bəzən isə dəniz (Baffin dənizi — alm. Baffin-Bucht‎) anlamını verir. Bir qayda olaraq gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz anlamışda işlədilir. == Buxtalar == Bakı buxtası Balaklav buxtası — Avropanın ən dərin buxtası. Timbuktu buxtası Avacin buxtası — dünyanın sahəsinə görə ikinci ən böyük buxtası, buraya istənilən gəmi yan ala bilər.
Fandi (körfəz)
Fandi (ing. Bay of Fundy, fr. Baie de Fundy) — Şimali Amerika qitəsində, Kanadanın şərq sahillərində, Meyn körfəzinin şimal şərqində yerləşən körfəz. Fandi körfəzi özünün 18 m-lik qabarma və çəkilməsinə görə digər körfəzlərdən fərqlənir. Körfəzin uzunluğu 300 km, eni isə 90 km olub, dərinliyi 214 m-ə qədər çatır. Vadden dənizi ilə eyni xüsusiyyətə malikdir. Körfəzin böyük limanı Sent-Condur. Körfəz böyük hidroenerji potensialına malikdir. Annapolis QÇESi məhz bu körfəzdə yerləşir. Sen-Kura, Sent-Con çayıSent-Con Fendi körfəzinə tökülən çaylardır.
Havan (körfəz)
Havan — Su tutatının bir hissəsini təşkil edir. Bir qayda olaraq liman akvatoriyasının bir hissəsini təşkil edir. Burada sərnişinlərin minməsi və düşməsi, yüklərin yüklənməsi və boşaldılması həyata keçirilir. Gəmilər uzun zaman havanda qala bilirlər. Üstəlik bir limanda bur necə havan ola bilər. Adətən havan üçün küləkdən və dalğalardan qorunan ərazini seçirlər. Havan təbii və süni ola bilir. Havanları həmdə buxta adlandırır. Məsələn: Sovet Havanı.
Körfəz müharibəsi
Körfəz müharibəsi və ya Birinci Körfəz Müharibəsi, kod adı Səhra Fırtınası əməliyyatı — 2 avqust 1990-cı ildə İraqın Küveyti işğal etməsi ilə başlayan böhranın nəticəsində, ABŞ rəhbərliyində, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Suriya, Misirin də aralarında olduğu 37 ölkənin daxil olduğu koalisiya gücünün İraqa qarşı təşkil etdiyi hərbi əməliyyat (17 yanvar 1991–28 fevral 1991).
Körfəz ölkələri
Fars körfəzinin Ərəb ölkələri, Fars körfəzi sərhəd altı ərəb ölkələri aiddir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt, Bəhreyn, və Oman.
Ria (körfəz)
Ria və ya rias — Çay mənsəbində çay vadisinin dəniz suları ilə basılmasından əmələ gələn, adətən konusvari formaya malik körfəzlərə deyilir. İlk əvvəllər bu termin əsasən İspaniya və Portuqaliya sahillərində yerləşən buxtalara deyilirdi. Ria əsasən dəniz səviyyəsinin quru sahələrindən yüksəyə qalxdığı ərazilərdə meydana gəlir. Ria estuari belə ola bilir. Onları adətən fiordlarla səhv salırlar. Ancaq fərq oların kiçik ölçüləri ilə izah olunur. Rialar 50 kilometrdən çox materik daxilinə irəliləmirlər. Tipik Riaları İspaniyanın Qalisiya sahillərində görmək olar.
Quba
Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba Bakıdan 168km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürüldüyünə inanılır Yaqutun lokallaşdırılmasına görə (1227) "Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər", ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX–X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372–1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi". Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı.
Disko boğazı (körfəz)
Disko boğazı -Qrenlandiya adası Disko adasından ayırır. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bu səbəbdən dənizlə əlaqə tamamən bağlanır ki, buna görə də boğaz körfəz adlandırılır. Boğazda daim hərəkət edən Aysberqlərə rast gəlinir. Disko boğazı ilk dəfə Kürən Erik tərəfindən kəşf edilir. O zamanlar ərazidə yaşayış mövcud olmamışdır. Hal-hazırda isə körfəz sahilində Aasiaat, İlulissat və Kasiqiannquit şəhərləri vardır. Körfəz ərazisinin İlulissat şəhəri sahili 2004-cü ildən UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Veb-Atlas.
Körfəz Əməkdaşlıq Şurası
Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة‎) və ya qısaca Körfəz Əməkdaşlıq Şurası — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Körfəz Ölkələri Şurası (Gulf Cooperative Countries) olaraq xitab edilir. Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır. Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edib.
Dağlı (Quba)
Dağlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dağlı-Qələdüz bələdiyyəsinin tərkibindədir. Dağlı kəndi Qubanın yeni, müasir, şəhər mərkəzinə ən yaxın kəndlərindən sayılır. Yerli sakinlər hər hansı xüsusi nəqliyyat vasitəsindən istifadə etmədən, 10-12 dəqiqəyə şəhərin mərkəzinə çox rahatlıqla çata bilirlər. Kənd müasir dövrdə salınsa da, yaxın, ətraf ərazilərdə yaşayış məskənlərinin tarixi azı 5000 il əvvələ gedib çıxır. Dağlı kəndi Quba şəhəri, Qırmızı Qəsəbə, Mirzəməmmədkənd, Qələdüz, Digah, Alpan kəndləri hüdudlarında yerləşir. Kəndin bir hissəsi Qudyal çayı sahilindəki qayalıq üzərində yerləşdiyindən nisbi sürüşmə zonası sayılır. Burada xüsusən Qudyal çayının orta axarında sahil zolağının bərkidilməsinə ehtiyac duyulur. Çayda su axını elə güclü olmadığından bunu həm betonlama, həm də sahil boyunca ağac zolağının salınması vasitəsilə həyata keçirmək mümkündür. Kənd Dağlı-Qələdüz bələdiyyəsinə daxildir.
Digah (Quba)
Digah — Azərbaycan Respublikasının Quba rayonunun Xucbala kənd inzibati ərazi dairəsində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. Yerli əhali arasında həm də Ləzgi Digah da adlanır. Kənd Quruçay və Qudyalçayın arasında, düzənlikdədir. Oykonim tat dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, "kənd, kənd yeri" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1725 nəfər əhali yaşayır.
Dəhnə (Quba)
Dəhnə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dəhnə oyk., sadə. Şabran r-nunun Çuxurazəmi i.ə.v.-də kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır; Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin tam adı Dəhnə Püstəqasım olmuşdur. Kənd Rustov kəndinə gedən yolun başlanğıcında, iki dağ arasından keçən yeganə keçiddir. Bu keçid eyni zamanda Qələşdov enişinin başlanğıcıdır. Kəndin adı da onun coğrafi mövqeyi ilə bağlı yaranmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 422 nəfər əhali yaşayır.
Dəlləkli (Quba)
Dəlləkli (əvvəlki adı: Petropavlovka) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Quba rayonunun Petropavlovka kəndi Dəlləkli kəndi adlandırılmışdır. Quba rayonunun Vladimirovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Çarizmin köçürmə siyasəti nəticəsində Rusiyanın mərkəzi quberniyalarından XIX əsrin birinci yarısında köçürülmüş rus ailələri burada məskunlaşdıqdan sonra kəndə Petropavlovka adı verilmişdi. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1002 nəfər əhali yaşayır.
Gözəl Quba
Gözəl Quba — bəstəkar Səid Rüstəmovun şair Mirmehdi Seyidzadənin sözlərinə bəstələdiyi mahnı. Mahnı 6/8 xanə ölçülü, rəqs xarakterli bir mahnıdır. Mahnı bənd və nəqəratdən ibarət quruluşa malikdir. Mahnıda Qubanın bir tərəfdən Şahdağ, digər tərəfdən Xəzərlə əhatə olunduğu, meyvəli bağları, al, qızıl və sarı almaları, payız aylarının da bahara bənzədiyi vəsf olunur. "Gözəl Quba" mahnısı mi-major tonallığında yazılmış və Segah muğamının intonasiyaları üzərində qurulmuşdur. Mahnı "Azərbaycantelefilm"in 1976-cı ildə istehsal etdiyi "Azərbaycan elləri" filmində Gülağa Məmmədovun ifasında səslənmişdir.
Gültəpə (Quba)
Gültəpə (əvvəlki adı: Təkə Şıx) — Azərbaycan Respublikasının Quba rayonununda kənd. Təkə Şıx kəndi Təkəli tayfasının adı ilə bağlıdır. Türkmənlərdə bu adda tayfanın olması S.Ataniyazovun tədqiqatlarında da təsdiqlənir. O qeyd edir ki, Təkə türkmənlərin ən böyük Türk tayfalarından biridir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Bəzi tədqiqatçılar Təkəliləri qədim türk xalqı olan Massagetlərlə də əlaqələndirirlər.Yunanlar və romalılar oğuzları “massagetlər” adlandırmışlar.Latın dilində “mas”- “kişi, adam”; “sagetta” isə “ox” deməkdir.Onlar bizim Oğuz xalqının adının “ox” inancından yarandığını öyrənərək bu cür adlandırmışlar.Massaget tərcümədə “oğuzlar” mənasına gəlir..Massagetlər qədim oğuzların adı olaraqda hallanır.Təklələr cəsur,qorxmaz,döyüşkən bir tayfa kimi xarakterizə olunur. Xivə Xanı Əbül Qaziyə görə, Təkəli tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Təkəlilərin kökü Salur Qazandan gəlir.Salurlar Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. "Salur" sözünün mənası "Qılınc yelləyən" deməkdir. 16-cı əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin də dövləti Salur boyuna mənsubdur.
Küsnət (Quba)
Küsnət — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. Quba rayonunun ən qədim kəndlərindən biridir. Küsnət oyk., sadə. Qəbələ r-nunun Qəbələ şəhər i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Kənd Quba r-nunun Küsnət kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır; Quba r-nunun Küpçal i.ə.v.də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi əvvəlcə indiki Vladimirovka kəndinin yerində idi və Dağıstanın Küsnət kəndindən qədimdə gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdı. Rus ailələri ora köçürüldükdən sonra küsnətlilərin bir hissəsi indiki Küsnət kəndinin əsasını qoymuş, digər hissəsi isə Qəbələ r-nuna gedərək Küsnət kəndini yaratmışdılar.
Qalagah (Quba)
Qalagah — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Rustov kəndinin keçmiş Qalagah məhəlləsi əsasında yaranmışdır. Yerli təlləffüz forması “Qələgə”dir. Kəndin ərazisində Qalaye-Suarun (Suvarlar qalası) və Qələ-Ələmun (Ələmlər qalası) adlı qədim qala xarabalıqları qalmışdır. Qalagah oyk., miir. Şabran r-nunun Kuybışevkənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli tələffüz formaları Qalagə, Qələyədir. Kəndin adı yaxınlıqdakı qala xarabalığının adı ilə əlaqədardır; İsmayıllı r-nunun eyniadlı i.ə.v.-də kənd. Acınohur ön dağlığındadır.
Qaraçay (Quba)
Qaraçay (çay, Quba) — Quba və Xaçmaz rayonlarında çay. Qaraçay (qəsəbə, Quba) — Quba rayonunda qəsəbə.
Qarxun (Quba)
Qarxun — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qaraçayın sahilində, Ağgədik dağının yamacında yerləşir. Oykonim qədim oğuzlara qoşulmuş karkın tayfasının adı ilə bağlıdır. Bu tayfa haqqında ilk dəfə Rəşidəddin (XIII əsr) məlumat vermişdir. Əbdülqazi xan (XVI əsr) karkınlann Oğuz xanın üçüncü oğlu Yulduz xanın nəvələrindən birinin törəməsi olduqlarını qeyd etmişdir. Qaraqalpaqlann tayfalarından birinin də qarkm adlanması göstərilir. Bu tayfanın mənşəcə Azərbaycanda məskunlaşmış eyniadlı tayfalarla yaxınlığı şübhəsizdir. Karkınlar oğuz tayfaları tərkibində XI əsrin 30-40-cı illərində Azərbaycanda məskunlaşmış və yerli tayfalarla qaynayıb-qarışmışlar. Dağıstan, Ermənistan, Türkmənistan və Özbəkistan ərazisində də eyniadlı kəndlər mövcuddur. Qarxun tayfalarım qara hunlarla da əlaqələndirirlər.
Qonaqkənd (Quba)
Qonaqkənd — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbədir. Qubanın qədim kəndlərindən biri hesab olunur. Qədim tarixə malik olan bu kənd Sasanilər İmperiyası zamanında İrandan bura köçürülən tat mənşəli əhali burada hələ də yaşayır. SSRİ dövrundə bura ən mühüm hərbi-strateji mövqelərindən biri olmuşdur. 1959-cu ilin dekabr ayına qədər Qonaqkənd rayon mərkəzi olmuşdur. İndiki qəsəbədə vaxtilə bütün dövlət strukturları fəaliyyət göstərib. Hətta "Staxanovçu maldar" adlı qəzet də nəşr edilmişdir. Qəsəbə çayın içində — vadisində yerləşir. Yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaratmışdır. 2013-cü ildə altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır.
Quba-Xaçmaz
Quba-Xaçmaz iqtisadi rayonu — Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Quba-Xaçmaz iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Qubadır. Ərazi şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən Xəzər dənizi, cənub-şərqdən Abşeron, cənubdan Dağlıq Şirvan, cənub-qərbdən isə Şəki-Zaqatala iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min km² olmaqla ölkə ərazisinin 8,8 %-ni, təşkil edir. Quba-Xaçmaz iqtisadi rayonunun Mərkəzi Quba şəhəridir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına — düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütübətli və soyuq iqlim şəraitinə malikdir. Region əhalisinin ümumi sayı 527,7 min nəfər olmaqla ölkə əhalisinin 5,5 %-ni, təşkil edir.
Quba (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Quba sancağı - Şirvan əyalətinin sancağı Quba xanlığı Quba rayonu — Azərbaycanda rayon. Quba — Azərbaycanda şəhər. Quba (körfəz) — buxta və körfəzlərin bir qismi.
Quba (şəhər)
Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba Bakıdan 168km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürüldüyünə inanılır Yaqutun lokallaşdırılmasına görə (1227) "Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər", ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX–X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372–1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi". Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı.